RU

“Helen” 102 can aldı

ABŞ-nin cənub–şərqində, Atlantik okeanı sahillərində hökm sürən “Helen” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

Publika.az xəbər verir ki, ölüm halları ABŞ-nin Cənubi Karolina, Corciya, Florida, Şimali Karolina, Virciniya və Tennesse ştatlarında qeydə alınıb.

Yüzlərlə insanın taleyi barədə məlumat yoxdur. Səlahiyyətli şəxslər ölüm sayının artacağını istisna etmirlər.

Qasırğaya görə bir çox yol bağlanıb, 2 milyon insan elektrik enerjisiz qalıb.

Избранный
20
publika.az

1Источники