RU

Sağlamlıq üçün ən zərərli iki məhsulun adı açıqlanıb

Harvard alimləri ultra emal olunmuş bu məhsulların insanın ömrünü qısalda biləcəyini müəyyən ediblər.

Moderator.az foodinfo.az-a istinadən xəbər verir ki, bu barədə Harvard İctimai Sağlamlıq Məktəbinin “The Lancet” jurnalında dərc olunmuş araşdırmasında deyilir. Tədqiqatçılar 30 il ərzində 200,000-dən çox tibb işçisinin ürək xəstəliyi və ya insult inkişaf etdirmədiyini öyrənmək üçün ultra emal olunmuş qida qəbulunu izləyib.

Tədqiqatın müəllifləri ultra emal olunmuş qidaları 10 qrupa bölüblər. Ən populyar üç növ çörək və taxıllar, şirin qəlyanaltılar və desertlər idi. Tədqiqatçılar müəyyən ediblər ki, həddindən artıq şəkər qan damarlarının xroniki iltihabına səbəb ola bilər və diabet riskini artırır.

Alimlər belə qənaətə gəliblər ki, qazlı içkilərdən və emal olunmuş ətlərdən uzaq durmaq lazımdır və istehlakdan əvvəl çox işlənmiş qidaların qida dəyəri nəzərə alınmalıdır.

Избранный
17
moderator.az

1Источники