RU

Sərgən Yalçın Almaniya klubunun başına keçə bilər

Ötən mövsümün ikinci dövrəsində ''Antalyaspor''u çalışdıran, amma mövsüm bitdikdən sonra komanda ilə yollarını ayıran Sərgən Yalçın haqda maraqlı iddia ortaya atılıb.

''343 Digital'' adlı ''yutub'' kanalına açıqlama verən jurnalist Ərsin Düzənin iddiasına görə hazırda 2-ci bundesliqada mübarizə aparan ''Şalke-04'' baş məşqçi postuna məhz Yalçını gətirmək istəyir. Danışıqlar davam edir. Almaniyanın ən köklü klublarından olan Helzenkirhen təmsilçisi maddi cəhətdən çox çətin bir dönəmdən keçir. ''Şalke-04'' 18 komandalı 2-ci bundesliqada 6 tura cəmi 4 xal toplayıb və 16-cı pillədə qərarlaşıb. Türkiyəli vinger Kənan Karaman da hazırda ''Şalke-04''dədi. Yeri gəlmişkən, o, bir neçə il öncə Sərgənin başçılığı altında ''Beşiktaş''da top qovub.

ƏLİ

Избранный
9
football-plus.az

1Источники