RU

Vəkil Adəm Məmmədovla bağlı ŞİKAYƏTLƏR DAVAM EDİR


Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova


Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi ev 51 ünvanında yaşayan Həşimov Bəhruz Rizvan oğlu tərəfindən

(Telefon: 055-373-36-06)

 

                                                                                                         ƏRİ

 

Bildirirəm ki, öz dələduz əməlləri ilə bizim kimi onlarla vətəndaşın pulunu ələ keçirən Vəkil Məmmədov Adəm Məhərrəm oğlu öz vəkillik fəaliyyətindən sui-istifadə edərək, yalan vədlərlə bizi aldatmış və bu yolla bizim 10000 manat məbləğində pulumuzu almışdır. Belə ki, oğlum Həşimli Ruslan Bəhruz oğlu 10.04.2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulduqdan sonra onun hüquqlarının müdafiəsi üçün Adəm Məmmədova müraciət etdik. Qeyd edim ki, hər şey Adəm Məmmədovun Nərimanov rayonunda yerləşən ofisində baş vermişdi. Adəm Məmmədov bizə narahat olmamağımızı, oğlumuzun heç bir məsuliyyətə cəlb edilməyəcəyini bildirmiş və bizə istintaq orqanının qərarına təsir edərək cinayət işi üzrə icraata xitam verdirib oğlumu 6 ay ərzində azadlığa çıxaracağını vəd etmişdir.  Bu vədlə isə bizdən ilk əvvəl 7000 manat məbləğində pul almışdır. Bildirirəm ki, bizim heç bir savadımız olmadığı üçün Adəm Məmmədov yalan vədlərinə inanmışıq. Bundan sonra iş Nizami Rayon Məhkəməsində olan zaman Adəm Məmmədov bizi Nərimanov rayonunda yerləşən ofisinə dəvət edərək, məhkəmədə oğlumuza bəraət verdirib azadlığa çıxaracağını, bunun üçün pul lazım olduğunu bildirərək, bizdən yenidən 3000 manat məbləğində pul almışdır. Lakin Adəm Məmmədov bizə verdiyi vədi yerinə yetirməmiş, məhkəmənin qərarı ilə oğlumuzun barəsində ittiham hökmü çıxarılmışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, bizim maddi vəziyyətim olduqca ağırdır. Mən özümü fəhlə, yoldaşım isə xadimə işləyir. Bizim qazancım ay ərzində ailəmizin yaşam xərclərini demək olar ki, ödəmir. Bununla bizim yanaşı yaşamaq üçün mənzilimiz belə  yoxdur, kirayələrdə yaşayırıq. Bildirirəm ki, biz Adəm Məmmədova 10000 manat məbləğində pulu yüksək faiz məbləğilə kredit götürüb vermişik. Hazırda da maddi imkanımız olmadığı üçün krediti ödəyə bilmirik.  Bundan başqa bildirirəm ki, Adəm Məmmədov oğlumuzu azadlığa çıxarmaq adı ilə bizi aldatmaqla yanaşı, ona heç bir hüquqi yardım da göstərməmişdir. Belə ki, Adəm Məmmədov Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarının bir çoxunda iştirak etməmiş, bir neçə məhkəmə iclasını təxirə saldırtmışdır.  Həmçinin Adəm Məmmədov türməyə gedərək oğlumla bir dəfə olsun belə görüşməmişdir. Bundan başqa Adəm Məmmədov Nizami Rayon Məhkəməsinin hökmündən nə apellyasiya şikayəti verməmiş, nə də bizə şikayət verməli olduğumuzu izah etməmişdir. Buna görə də 20 günlük şikayət müddətini ötürmüşük. Onu da qeyd edim ki, oğlum Ruslan Həşimli cəzaçəkdiyi müəsissədə bir neçə nəfər şəxsin Adəm Məmmədovdan şikayətçi olduğunu, Adəm Məmmədovun həmin şəxsləri də yalan vədlərilə aldatdığını bildirmişdir.   

Bir daha nəzərinizə çatdırıram ki, Adəm Məmmədovun dələduzluğu nəticəsində bizə ümumilikdə 15000 manat məbləğində zərər dəymişdir.  Artıq həm həyat yoldaşım, həm də mən yaşamaq ümidimizi itirmişik. Çünki Adəm Məmmədovun bizə qarşı etmiş olduğu qanunsuzluqlar bizi həyatımızdan, canımızdan bezdirmişdir.  Vəkil Adəm Məmmədov bizim həyatımızı məhv etmişdir.

Yuxarıda göstərilənlərə istinadən Sizdən xahiş edirəm ki, hazırkı ərizəmi nəzərə alıb Vəkil Məmmədov Adəm Məhərrəm oğlunu barəsində qanunamüvafiq tədbirlər görülərək, cinayət məsuliyyətinə cəlb edilməsində və bizə vurduğu zərərin ödənilməsində müvafiq köməklik göstərəsiniz.  

 

İMZA:                                Həşimov B

 



Избранный
28
nuh.az

1Источники