RU

Yalnız Tramp bu planları POZA BİLƏR – Qərbin Cənubi Qafqazla bağlı GEOSİYASİ HƏDƏFLƏRİ

“Rusiya-Ukrayna məsələsi öz həllini tapmayana kimi İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. Məsələ ondadır ki, İran əslində Qərbin gücünü Rusiyadan daha yaxşı anlayır və başa düşür. İran hesab edir ki, Rusiyanın məğlubiyyəti durumunda Ermənistana sahiblənsin. İran Ermənistanı öz tarixi ərazisi hesab edir. Ermənistan o qədər kiçik bir dövlətdir ki, onu bir neçə ilə tamamilə istənilən ətraf dövlət assimilyasiya edə bilər. Ona görə İran Ermənistanı kimsəyə vermək istəmir”.

Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Azər Qasımov bildirib.

O qeyd dib ki, İran təkcə Ermənistana görə öz ordusunu irəli sürəcəyini, bu ölkə üçün müharibə edəcəyini açıq bildirir.

Siyasi şərhçinin qənaətincə, “qırmızı cizgiləri” çox olan İran ancaq məsələ Ermənistan olanda ordusunu hazır edir: “İran İsrailə və ya digər ölkələrə qarşı proksi gücləri ilə vuruşur. Rusiyanın məğlubiyyəti durumunda Ermənistanın Qərbin yox, İranın əlinə keçməsi isə ciddi məsələdir. İndinin özündə Qərbin Cənubi Qafqaza, xüsusən də Ermənistana gəlməsinə sakit baxan İran başa düşür ki, bu, ona qarşı yönəlməyib”.

A.Qasımov deyib ki, əgər Qərbin geosiyasi hədəflərində belə bir məqam olsa, İrana qarşı əməliyyat üçün mövqeləri çoxdan hazırdır: “İran zatən Ermənistana mədəni ekspansiyanı çoxdan edib. Ərazisində də ermənilər İrandan razıdırlar. Bir sözlə, şərait münbitdir. Qərbin İranla Ermənistan məsələsində ortaq nöqtələri çoxdur. Hər şey ABŞ-də seçkilərdən sonra bəlli olacaq. Tək Donald Tramp bu planları poza bilər”.

Vüqar MƏMMƏDOV

Избранный
20
medianews.az

1Источники