RU

FHN-də COP29 ilə əlaqədar növbəti müşavirə keçirilib

Bakı. Trend:

Sentyabrın 30-da Fövqəladə Hallar Nazirliyində bu ilin noyabrayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-ahazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərininmüzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnikKəmaləddin Heydərovun rəhbərliyi ilə növbəti müşavirəkeçirilib.

Trend xəbər verir ki,müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə vəqurumlarının rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov AzərbaycanPrezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalqaləmdə qazandığı yüksək nüfuzunun növbəti təsdiqi kimi bu ilinnoyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayıb, bumötəbər tədbirə hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyininüzərinə düşən vəzifələrin icrası məsələlərindən danışıb.

Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlikməsələlərinin həllinə dair Fövqəladə Hallar Nazirliyində yaradılmışQərargahın üzvlərinin ötən müşavirədən keçən dövr ərzində görülmüşişlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirəaparılıb.

Müşavirəyə yekun vuran nazir Kəmaləddən Heydərov Bakıdakeçiriləcək mötəbər tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyininayrı-ayrı qurumlarının üzərinə düşən vəzifələrin yüksək səviyyədəicrası məqsədilə müvafiq tapşırıqlar verib.

Избранный
21
31
az.trend.az

10Источники