RU

Yanacaqdoldurma stansiyasında uşaqlarını unudub getdilər

13 yaşlı oğlan yanacaqdoldurma stansiyasında unuduldu.

Bakupost.az xəbər verir ki, Malayziya sakini valideynləri maşına benzin dolduranda tualetə getmək istəyib.

Uşaq çölə çıxanda isə maşınlarını görməyib.

Tanımadığı yerdə, uzaq yolda çaşqın qalan uşaq yolda ağlayaraq qaçıb. Xoşbəxtlikdən onu polislər görüb və bölməyə aparıb. Oğlanın valideynləri olan maşın tapılıb və ata-ana polis bölməsinə gəlib.

Polis onlardan “necə oldu ki, maşını işə salın uzaqlaşanda arxa oturacaqda övladınızın olub –olmamasını yoxlamadız” soruşanda, onlar uşağın ordsa olduğunu və yatdığını düşündüklərini bildirib.

Oğlan isə valideynlərinin onu qəsdən orda atıb getdiklərini düşündüyünü deyib.




Aygün Musayeva
BakuPost
Избранный
30
bakupost.az

1Источники