RU

Texnologiya Universitetində şəhid tələbə və məzunların xatirə guşəsinin açılışı olub

Texnologiya

Gəncə, 30 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində (ATU) şəhid tələbə və məzunların xatirə guşəsinin açılışı olub.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, açılışdan əvvəl ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərov şəhid ailələri ilə görüşüb.

Sonra universitetin II korpusunda yerləşən ATU-nun şəhid tələbə və məzunları guşəsinin açılışı olub.

Kompozisiyada xəritə, dəmir yumruq, xarıbülbül və universitetin 10 şəhid tələbə və məzununun şəkilləri və məlumatları yer alıb. Mərkəzdə təsvir edilən bütöv Azərbaycan xəritəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin şəkilləri əks olunub ki, bu da torpaqlarımızın şəhidlərin sayəsində bütövləşdiyini tərənnüm edir.

Избранный
5
azertag.az

1Источники