Almaniyada inflyasiya 2021-ci ilin fevralından bəri ilk dəfə Avropa Mərkəzi Bankının 2%-lik hədəfindən aşağı düşüb.
İndex.az xəbər verir ki, “Destatis”in məlumatlarına görə, Almaniyada Aİ gözləntilərə uyğun olaraq illik 1,8% artıb.
Əvvəlki ayda bu rəqəm 2% idi.
Enerji xərclərinin azalması inflyasiyanın yavaşlamasında təsirli olmuşdur.
Aylıq inflyasiya isə dəyişməz qalıb.