RU

Avropada Vatikanın analoqu olan yeni, amma müsəlman dövləti yarana bilər - FOTO

 
"Əgər Albaniya baş nazirinin planı gerçəkləşərsə, Avropada yeni dövlət yarana bilər. O zaman onun sahəsinin Romanın mərkəzində yerləşən Vatikanın sahəsindən dörd dəfə kiçik olacaq..."
 
Ötən bazar günü BMT Baş Assambleyasında çıxış edən Albaniyanın baş naziri Edi Rama qeyd edib ki, Qərbi Avropanın balaca ölkəsi olan Albaniya ikinci dünya savaşında bir çox yəhudi qaçqınlarını xilas edib, üç il öncə taliblərin hakimiyyətə gəlişindən sonra milyonlarla əfqanlıya sığınacaq verib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "sb.by" nəşri yazıb.
 
Albanlar dünyaya "bəşəriyyətə sevgi təcəssüm edən" Tereza ananı bəxş etdiyindən qürur duyur. "O, bizə deyib ki, heç də hamımız böyük işlər görə bilmərik, lakin hamımız kiçik işləri böyük sevgi ilə görə bilərik", - Rama qeyd edib.
 
"Bu, bizi Ümumdünya Bektaşi Ordeni Mərkəzinin ölkəmizin paytaxtı Tiranada mülayimliyin, dözümlülüyün və dinc yanaşı yaşamağın yeni mərkəzi kimi suveren dövlətə çevrilməsinə dəstək verməyə ruhlandırır".
 
Bektaşi Ordeni, təbii ki, bu qərarı alqışlayıb. "Bektaşi Ordeninin suverenliyi bölünmüş dünyada inklüzivlik, dini ahəngdarlıq və dialoq dəyərlərinin möhkəmlənməsində mühüm addımdır. Bu tarixi addım Bektaşi Ordeninin suveren, özünü idarə edən, özünün çoxəsrlik mədəniyyətinə sadiq olan dövlət kimi tanınmasına yönəlib".
 
Plana görə, Bektaşi Suveren Dövləti dünyada ən kiçik, cırtdan dövlət olacaq. Sahəsi 12 hektar olacağına rəğmən, onun özünün administrasiyası, pasportu və sərhədləri olacaq. 
 
Bu zaman onun ordusu, sərhəd xidməti və məhkəməsi olmayacaq. Güman edilir ki, yeni dövlətdə alkoqola icazə veriləcək, qadınlar istədiyi kimi geyinəcək, həyat tərzində heç bir məhdudiyyətlər olmayacaq, bu da bektaşilərin tolerantlıq praktikasını əks etdirir.
 
Bektaşi Ordeninin mənzil-qərargahı
 
Bektaşi Suveren Dövlətinin başçısı o Ordenin ruhani lideri, 65 yaşlı Baba Mondi olmalıdır. Yeni dövlətin ərazisi Tirananın şərq hissəsin hazırda Bektaşi icmasına məxsus olan bir neçə məhəlləsini tutacaq.
 
Dünyanın digər ölkələrinin Bektaşilər Dövlətinin suverenliyini tanıyacağı hələlik aydın deyil. Baba Mondi bütün hüquqi prosedurlara əməl ediləcəyi təqdirdə onun ölkəsinin dünya xəritəsində peyda olacağına ümid etdiyini ifadə edib:
 
"Biz dövlət olmağa layiqik. Biz dünyada İslam haqqında həqiqəti söyləyən və onu siyasətlə səhv salmayan yeganə icmayıq".
 
Bektaşilər əslən Türkiyədəndir
 
Bektaşilərin tarixi Türkiyə ilə sıx bağlıdır, oradan inanclı insanlar öz təlimini Osmanlı imperiyasının hakimiyyəti altına düşən bütün Balkanlara yayıb. Bəzi regionlarda (elə həmin Albaniyada) əhali fateh sünnü osmanlılara rəğmən, şiyəliyə yaxın olan bektaşilərə üstünlük verib.
 
Lakin düz yüz il öncə Orden rəhbərləri Türkiyə dövlətinin yeni rəhbəri Mustafa Kamal Atatürkün yeni əsaslı islahatlara başladığı, o cümlədən dinin dövlətdən ayırması prinsipini irəli sürəndən sonra Türkiyəni tərk etmək məcburiyyətində qalıb.
 
Bektaşılər məhz Albaniyada məskunlaşmaq qərarı verib, orada onların dini baxışlarını əhalinin 20 faizi bölüşüb, Orden liderlərindən biri İsmayıl Kəmali isə hələ 1912-ci ildə Albaniyanın Osmanlı imperiyasından müstəqilliyini elan edib.
 
Arayış: 
 
Bektaşi XIII əsrdə Hacı Bektaş tərəfində təsis edilmiş sufi ordenidir. Şiyəliyə yaxındır, lakin xristianlıq elementlərini, məsələn, vəftiz (xaç suyuna salınma) də özündə ehtiva edir. Türkiyə, Albaniya, Şimali Makedoniya və Bosniyada əsasən keçmiş pravoslavlar və uniatlardan İslama keçənlər arasında yayılıb. 
 
Anadolu və Balkan folklorunda bektaşilər həmişə ənənəvi İslam hüququ hüdudlarından kənarda sərbəst yaşayanlardır. İslamın digər istiqamətlərindən fərqli olaraq bektaşilər alkoqoldan istifadə edilməsinə icazə verir.
Избранный
5
moderator.az

1Источники