RU

“Ən vacib şərt su ehtiyatlarının ədalətli bölgüsünə nail olmaqdır”-Eldəniz Əmirov

“Ən

“Azərbaycan Cənubi Qafqazda su ehtiyatlarının ən az olduğu ölkədir. Belə bir şəraitdə su ehtiyatlarının doğru-düzgün idarə edilməsinə, ən əsası ehtiyatların bərabər bölgüsünə, sahə üzrə mövcud vəziyyətin daha çox qiymətləndirilərək daha doğru, ədalətli bölgüsünə böyük ehtiyac var”. Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O, bir tərəfdə müəyyən qrup sahibkarların, subyektlərin istədiyi qədər sudan istifadə etdiyini, digər tərəfdə isə suya ehtiyacın artdığı yay aylarında su ilə təminatın ödənilməsində yaşadığı problemə görə məhsulunun sıradan çıxması hallarının yaşandığını bildirib: “Hesab edirəm ki, su ehtiyatlarının idarə edilməsi məsələsi ciddi təhlil edilməlidir. Mövcud vəziyyət daha dərindən öyrənilməlidir. Eyni zamanda, ən vacib şərt su ehtiyatlarının ədalətli bölgüsünə nail olmaqıdır. Suyun paylanması zamanı torpaq kanallarda, üstüaçıq beton kanallarda su itkilərinə yol verilir. Hazırki məqamda vacib şərt budur ki, su kanallarında ötürülmə zamanı su itkilərinin qarşısı alınsın və su ehtiyatları ədalətli bölüşdürülsün”.

Избранный
9
xalqcebhesi.az

1Источники