RU

Evləndikdən sonra soyadın dəyişdirilməsi problem yaradır? - AÇIQLAMA

Ölkəmizdə ailə həyatı qurduqdan sonra soyadın dəyişdirilməsi könüllülük prinsipinə əsaslansa da, soyadın dəyişdirilməsi prosesinindən sonra müəyyən problemlərin yarandığını iddia edən insanlar var.

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, soyadın dəyişdirilməsi hər hansı problem yaratmır.

 

“Evləndikdən sonra soyadını dəyişdirən şəxslərin evlilikdən əvvəl aldıqları müvafiq sənədlərdə fərqli soyad olduqda, soyadın dəyişdirilməsi ilə bağlı sənədin təqdim edilməsi kifayətdir. Bununla yanaşı ölkə qanunvericiliyinə əsasən ikili soyad almaq da mümkündür, belə ki ailə həyatı qurduqdan sonra qadın həyat yoldaşının soyadını almaqla yanaşı öz soyadını da saxlaya bilər”. 

 

Arifə Kərimzadə

Избранный
5
1
modern.az

2Источники