RU

Bankların faiz gəlirləri KƏSKİN ARTIB - Mövcud kredit faizlərini əhali büdcəsi üçün uyğun hesab etmək olar?

2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 648,5 milyon manat olub.


Bu rəqəm ötən illə müqayisədə 22% çoxdur.


Həmin göstərici avqustun 1-nə olan dövr ilə müqayisədə 346,1 milyon manat və ya 15%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 369 milyon manat və ya 16,2  çoxdur.


2023-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 279,5 milyon manat olub.


Bu ilin 1 avqust vəziyyətinə bu göstərici 2 milyard 302,4 milyon manat təşkil edib.


Kəskin artımın səbəbi nədir? Azərbaycanda mövcud kredit faizlərini əhali büdcəsi üçün məqbul hesab etmək olar?


Bu sualları iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında cavablandırıb. 




“Buna səbəb istehlak kreditlərinin artmasıdır. Həmçinin istehlak kreditlərində faizlərin yüksəlməsi də səbəblərdən biridir. İnsanlar artıq qazandıqları maaşla pul topalyıb nəyisə almaqda çətinlik çəkirlər. Hətta bu mümkünsüz hala gəlib. Bna görə də istehlak kreditlərinə öyrəşiblər. İstehlak kreditlərinin həcmi getdikcə artır və bu da banklara sərf edir. Çünki bu kreditlərin faizləri olduqca yüksəkdir. İstehlak kreditləri qısamüddətli və yüksək faizli kredit növləridir”.


Ekspert qeyd edib ki, ümumi olaraq, əhali tərəfindən istehlak kreditlərinə tələbin artması bankların gəlirlərinin də artmasına gətirib çıxarır.

 

Fidan Vəlisoy

Избранный
28
referans.az

1Источники