RU

“İstisu” mineral su zavodunun oktyabr ayı ərzində ilk ixracını həyata keçirəcəyi gözlənilir - Zavodun direktoru (MÜSAHİBƏ) (VİDEO)

Bakı. Trend:

“İstisu” mineral su zavodunun oktyabr ayı ərzində ilk ixracınıhəyata keçirəcəyi gözlənilir.

Trend-inxəbərinə görə, bu barədə yerli jurnalistlərə müsahibəsində zavodundirektoru Adil Haqverdiyev məlumat verib.

"İstisu" - Kəlbəcər rayonunun İstisu qəsəbəsində unikal yeraltıtermal-mineral su yatağından gələn, içməli təbii mineral qazlısudur. 1951-ci ildə isti suyun xüsusiyyətlərinin araşdırılmasıməqsədilə professor Mirəli Qaşqayın rəhbərliyi altında AzərbaycanSSR Səhiyyə Nazirliyi və Azərbaycan SSR Elmlər Akademiyasınıntədqiqatçıları tərəfindən birgə elmi araşdırma aparılıb.

Bu araşdırmanın nəticəsində mineral suların siyahısı hazırlanıbvə bu sular arasından içilə bilən və ən faydalı su olaraq indikiİstisuyun mənbəyinin qazıntısı həyata keçirilib. Beləliklə, 1976-cıildə Azərbaycanın Kəlbəcər rayonunda “İstisu” mineral suyununistehsalına başlanılıb.

"İstisu" qısa müddətdə həm Azərbaycanda həm də qonşu ölkələrdərəğbət qazanıb. Təəssüf ki, 1993-2020-ci illərdəki işğal dövründəzavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixindəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İstisu” mineralsu zavodunun təməlini qoyub. 2024-cü ildən “İstisu” mineral suyununyenidən istehsal edilməsinə başlanılıb", - deyə o bildirib.

Zavod direktoru "İstisu" mineral suyunun digər mineral sulardanfərqli xüsusiyyətləri haqqında da məlumat verib. Bildirib ki,zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasirstandartlara cavab verməsi ilə seçilir:

“Kəlbəcərin unikal zəngin təbiəti “İstisu”ya öz töhfəsini verib.Su təbii olaraq 60°C-dən yüksək temperaturda çıxır ki, bu dərəcədəistilik mineralların suda daha rahat həll olmasına kömək edir."İstisu" bənzərsiz bir sudur. Çünki heç bir mineral suda olmayanfaydalı tərkibə məxsusdur. İçindəki mineralların hər biri insansağlamlığına ciddi müsbət təsirlər edir. Hər bir insanın gündəlikmineral qəbul etmə norması var.

Bir çox suları içməklə siz sadəcə susuzluğunuzu yatırırsınız.Amma "İstisu" insanın gündəlik mineral qəbul etmə normasınırahatlıqla qarşılamağa kömək edir. Qida və sağlamlıq haqqındaaraşdırmalar onu göstərir ki, ən çox mineral itkisini qarşılayanmineral sudur. "İstisu" həm insanın susuzluğunuzu yatırır, həm dəitirilən mineralların bərpasına kömək edir. "İstisu" mineralsuyunun istehsalı zamanı həm faydalı minerallar, həm də mənbədəkiunikal xüsusiyyət qorunur".

Adil Haqverdiyev zavodda istehsal olunan suyun işğaldan əvvəlistehsal edilən "İstisu"dan da tərkibinə görə fərqli olduğunubildirib:

“İstisu" mineral suyunun istehsal prosesi ən müasiravadanlıqlarla həyata keçirilir. Zavodun işğaldan öncəki məhsulundabu su təmizləmə sistemi yox idi və su içindəki ağır metallarlaistehsal olunurdu. Tərkibindəki ağır metalların çoxluğunu görəreseptlər və limitlər qoyulurdu. Bu təbii bir hal idi. Ancaq bizhazırkı istehsal zamanı suyun bütün faydalı minerallarınısaxlayırıq və zərərli mineralları təmizləyərək günlük içmə limitiniartırırıq.

"İstisu" yüksək minerallı qazlı su olduğuna görə bütünistehlakçıları nəzərə alaraq qeyd edirik ki, hər bir insan günərzində bir litrədək bu sudan içə bilər. Bu limiti həm də ona görədeyirik ki, çox az adam müntəzəm tibbi yoxlamalardan keçir vəsağlamlığı haqqında məlumatlıdır. Sağlam bir şəxs bu sudanrahatlıqla bir litrdən də çox içə bilər".

Adil Haqverdiyev istisu mineral suyunun təmizlənməsi prosesinədə aydınlıq gətirib:

“İstisu" mineral suyunun təmizləmə prosesində əsas meyar suyunfaydalı tərkibinə toxunmadan ondakı zərərli minerallarıtəmizləməkdir. Ümumiyyətlə, Avropada mineral su istehsalçısınasuyun təmizləmə prosesində fiziki və kimyəvi müdaxiləyə icazəverilmir. İstisna olaraq zərərli minerallardan sayılan dəmir,arsen, manqan və sair mineralları çıxarmağa icazə verilir.

Bizim suyun təmizləmə prosesi məhz bu sahədə 51 illik təcrübəsiolan alman şirkəti tərəfindən həyata keçirilir. Bu sistem dünyadaçox az istehsalçıda mövcuddur. İstisu təmizlənmə prosesində almanmütəxəssislərini heyrətləndirmişdi. Onlar indiyə qədər bukeyfiyyətdə su təcrübələri olmadıqlarını bildiriblər. "İstisu"yuntərkibindəki hidrokorbanat, sulfat, natrium, xloridlər, kalsium,maqnezium və digər faydalı minerallar mənbədə olduğu formadaqalıb.

Bizim məqsədimiz dünya miqyasında qəbul edilən və istehlak ediləbilən yüksək keyfiyyətli mineral su istehsal etməkdir. Ona görə həmsuyun təmizlənməsini, həm də ümumiyyətlə zavodun istehsalproseslərini yerli və beynəlxalq standartlara uyğun həyatakeçiririk. Zavod AZS 216–2006, ISO 9001:2015, ISO 22000:2018 üzrəsertifikatlaşdırılıb.

Kimyəvi tərkibinə görə "İstisu" sulfatlı-hidrokarbonatlı,natriumlu - içməli təbii mineral qazlı sudur. Biz İstisuyun tərkibgöstəricilərini ən mötəbər beynəlxalq laboratoriyalarda yoxlatdıq.Analiz nəticələrini həm Almaniyada, həm də Türkiyədə söz sahibibalneoloqlara göndərdik. Onların hazırladıqları balneolojihesabatlar elmi məqalə dəyərindədir. Yəni burda suyun tərkibinininsana necə faydalı olduğu elmi və təcrübədən gələn sübutlarla qeydedilir. Bu faktlar xalqımız üçün qurur mənbəyidir. Həqiqətən də busuyun tayı bərabəri yoxdur və bu bizə imkan verəcək ki, bizAzərbaycan məhsulunu dünyanın məşhur suları arasında tanıdaq vəonun üstünlüyünü vurğulayaq".

A.Haqverdiyev bildirib ki, mineral tərkibinə görə suyunsağlamlığa bir sıra faydaları var:

"İstisu" mineral suyu mədə-bağırsaq funksiyasını yaxşılaşdırır,həzmi və turşu-qələvi balansını normallaşdırır, metabolizmiyaxşılaşdırır, şəkərli diabetdə şəkər səviyyəsini normallaşdırmağakömək edir, artıq çəki problemlərinin həllində kömək edir,sümüklərin sağlamlığına dəstəkləyici rol oynayır, podaqranın vəoynaq ağrılarının kəskinləşməsinə mane olur, böyrəklərdə və sidikkisəsində daşların yaranmasının qarşısını alır, ürək-damarxəstəlikləri və hipertenziya riskini azaldır, qan təzyiqininormallaşdırır, qəbizlik və qıcıqlanmış bağırsaq sindromunu aradanqaldırır, öd kisəsi və kanallarının funksionallığınınormallaşdırmağa kömək edir, maye və elektrolit balansınıtənzimləyir, optimal hidratasiya səviyyəsini qoruyur, fizikifəaliyyətdən sonra mineralların bərpasına kömək edir, yaşlanmaprosesini ləngidir, antioksidant xüsusiyyətlərə malikdir".

Onun sözlərinə görə, "İstisu" mineral su zavodunun fəaliyyətəbaşlaması Kəlbəcər və ümumiyyətlə Qarabağ və Şərqi Zəngəzur üçünəhəmiyyət kəsb edir.

"Çox qısa zaman içində dünya standartlarına uyğun müasir birzavod inşa edilib, illərlə həsrətində olduğumuz “İstisu” markasıyenidən xalqımıza təqdim edilib. Bu başda Prezidentimiz olmaqladövlətimizin qüdrətinin təcəssümüdür.

"İstisu" mineral zavodunun fəaliyyətə başlaması eləcə də sosialvə iqtisadi fəallığın artırılmasına təkandır. Zavodda 100 nəfərinişləməsi planlaşdırılıb. Hazırda işlə təmin olunan 75 nəfərəməkdaşın 56 nəfəri Kəlbəcər sakinidir. Bu da çox qürurverici birhaldır ki, köçdən əvvəl Kəlbəcər sakinləri işlə təmin olunublar.Zavod birnövbəli iş rejimində 100 faiz doluluqda işləyib,önümüzdəki aydan ikinövbəli iş rejiminə keçməyi planlanıb. Bu da öznövbəsində daha çox Kəlbəcər sakininin işlə təmin olunmasıdeməkdir.

Qısa dövr ərzində daxili bazar ilə yanaşı ixrac danışıqlıqlarıda aparılmışdır. Oktyabr ayı ərzində ilk ixracı həyatakeçirəcəyimiz gözlənilir. Bu da həm zavod, həm ölkəmiz adınaqürurverici haldır. Artıq Kəlbəcərin məhsulu dünya bazarındaolacaqdır", - deyə A.Haqverdiyev əlavə edib.

Məqalədə:
Избранный
8
5
az.trend.az

6Источники