RU

Xaricdəki soydaşlarımızın təhlükəsizliyi qorunmalıdır




Erməni lobbisinin 44 günlük Vətən müharibəsindən sonra müxtəlif ölkələrdəki Azərbaycan diaspor üzvlərinə fərqli yollarla təzyiq etmələrini vaxtilə ictimaləşdirmişdik. Bu, soydaşlarımıza qarşı sosial mediada qarayaxma kampaniyasının aparılması, işlədikləri yerlərə və üzv olduqları partiyalara böhtan xarakterli məktubların yazılması, hətta ölümlə təhdidlərin olması şəklində özünü göstərirdi. Eyni təhlükə bu gün də aktualdır. Şübhəsiz ki, erməni lobbisi boş oturmur; bu və digər formada xaricdə soydaşlarımıza qarşı fəaliyyətlərini davam etdirirlər. Yeri gəlmişkən, bu gün Rusiyada Azərbaycanın tanınmış diaspor üzvlərinin vətəndaşlıqdan çıxarılması hallarına rast gəlinir. Bu işdə də erməni əlinin olması şübhə doğurur. Çünki Rusiyadakı quberniya administrasiyalarında saysız ermənilər yüksək vəzifələrdə çalışırlar. Onların da indiki vəziyyətdə Azərbaycan-Rusiya isti münasibətlərindən qıcıqlanaraq maksimum səylə imkan düşdükcə bizim diaspor üzvlərinə qarşı ləklə yaxması gözləniləndir. Bu baxımdan erməni lobbisinin fəaliyyəti daim nəzarətdə olmalı və onların planlarına qarşı cavab tədbirləri görülməlidir. Bu gün də bir daha qeyd edirik ki, xaricdəki soydaşlarımızın da təhlükəsizliyi qorunmalıdır. Artıq bununla bağlı strateji olaraq dəstək planlarının hazırlanması zərurətə çevrilib.


Fuad Hüseynzadə
Избранный
12
3
newscenter.az

4Источники