RU

Tramp Harrisi təhqir etdi: “Əqli cəhətdən qüsurludur”

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasının namizədi Kamala Harrisin noyabrda keçiriləcək prezident seçkilərində “əqli qüsurlu” olması ilə bağlı açıqlamalarını təkrarlayıb.

Yenicag.az xəbər verir ki, CNN-in məlumatına görə, Tramp seçki kampaniyası zamanı bir çox respublikaçıların bu cür bəyanatlardan çəkinməsi ilə bağlı tənqidlərinə baxmayaraq, rəqibi Harrisə qarşı aşağılayıcı ifadələr işlətməkdə davam edir. Prezidentliyə namizəd Tramp Pensilvaniya ştatında keçirilən seçki mitinqindəki çıxışında, “Co Bayden əqli cəhətdən qüsurlu oldu. Kədərlidir, amma düzünü desəm, Kamala Harrisin belə doğulduğuna inanıram” deyib.

Keçmiş prezidentin tərəfdarları Trampın rəqibinə qarşı açıqlamalarından narahatdırlar.

Trampın aparıcı müttəfiqlərindən olan respublikaçı senator Lindsey Qrem CNN-nin efirində Harrisin “zehni cəhətdən qüsurlu” olduğunu düşünmədiyini, onun “dəli liberal” olduğunu söyləyib. Qrem Trampı bu cür bəyanatlar əvəzinə iqtisadiyyat, sərhəd problemi, inflyasiya və xarici siyasət məsələlərinə diqqət yetirməyə çağırıb.

Tramp sentyabrın 28-də Viskonsin ştatında etdiyi çıxışda da “Kamala əqli cəhətdən qüsurludur” deyib.

İsmayıl Bakuvi

Избранный
7
6
yenicag.az

9Источники