RU

Laçın və İrpen şəhəri arasında qardaşlaşma sənədi imzalandı (FOTO)

Laçın. Trend:

Ukrayna nümayəndə heyətinin Laçın şəhərinə səfəri gerçəkləşib.Qonaqlar Laçın rayonunda Azərbaycan Respublikası PrezidentininXüsusi Nümayəndəliyi tərəfindən qarşılanıb.

Trend-inbölgə müxbiri xəbər verir ki, səfərin məqsədi AzərbaycanRespublikası Laçın şəhəri ilə Ukrayna Respublikasının İrpinşəhərlərinin qardaşlama memorandumunun imzalanması olub.

Laçın rayonunda keçirilən görüşdə Laçın Rayonunda AzərbaycanRespublikası Prezidentinin Xüsusi Nümayəndəsi Məsim Məmmədov vənümayəndəliyin məsul şəxsləri, Ukrayna nümayəndə heyətinin üzvləriİrpin şəhərinin meri Oleksandr Markuşin, Ukraynanın AzərbaycanRespublikasında səfirinin birinci katibi Andrey Onişenko iştirakediblər.

Sözügedən memorandum Laçın rayonunda Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və İrpin şəhər meriOleksandr Markuşin arasında imzalanıb. Həmçinin, qardaşlaşmaəlaməti olaraq tərəflər bir birilərinə hədiyyələr təqdim ediblər.Memoranduma əsasən İştirakçılar tarixi-mədəni irsin qorunması,şəhərsalma, ətraf mühitin mühafizəsi, abadlıq, ictimai nəqliyyat,informasiya texnologiyaları, enerji səmərəliliyi, tullantılarınidarə edilməsi, gənclər və idman sahələrində məlumat və təcrübəmübadiləsi yolu ilə əməkdaşlıq edəcəklər.

Daha sonra Laçın şəhəri ilə tanışlıq olub. Qonaqlar kitabxanada,Laçın şəhər 2 saylı tam orta məktəbdə, Hoçazfilm çəkilişpavelyonunda, Gilabi yaradıcılıq mərkəzində və Sus kənd uşaqbağçasında olublar.

"Əziz dostlar! Bu gün xüsusi bir gündür. Ukrayna ilə Azərbaycanarasında onilliklər ərzində mövcud olan dostluq əlaqələrimizi rəsmiolaraq möhkəmləndirdiririk. Bu gün biz münasibətlərimiziminkişafında yeni səhifə açırıq. Qarşıda çoxlu birgə layihələr,mədəni mübadilələr, uşaqlarımızın sağlamlığının yaxşılaşdırılması,iqtisadi təşəbbüslər olacaq. Biz bir-birimizdən öyrənib, gələcəktəcrübə mübadiləsinə, o cümlədən icmalar üçün birgə səmərəliişlərin qurulmasına töhfə verəcəyik", - bunu İrpin şəhərinin meriOleksand Markuşin meda üçün müsahibədə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının dəstəyi Ukrayna üçünəvəzsizdir: "Azərbaycanın mövqeyi və etibarlı qardaş çiyninə görəhər zaman minnətdar olacağıq!"

Markuşin xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevinxüsusi tapşırığına əsasən, Azərbaycan Hökuməti “SOCAR” şirkəti iləbirlikdə İrpinin mühüm binalarını, xüsusən Zərifə Əliyeva adına 12saylı liseyi, şəhər klinikasını qısa müddətdə bərpa edib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi MəsimMəmmədov jurnalistlərə müsahibəsində bildirib ki, bugünkü görüş çoxəhəmiyyət kəsb edir:

"Bu gün Laçın və Ukraynanın İrpin şəhərləri arasında qardaşlaşmaəlaqələri üzrə memorandum imzalandı. Memorandumun imzalanmasışəhərlərimizin tarixi mədəniyyəti və həyati ilə yaxından qarşılıqlışəkildə tanış olması üçün həm də dostluq əlaqəsinin yaradılmasıüçün nəzərdə tutulub. Bu əlaqə nəinki beynəlxalq müstəvidə,həmçinin, şəhərlərin icmaları arasında iqtisadi, mədəni, turizm vətəhsil sahələrində də əlaqələrin inkişafına töhfə verəcək.

Şəhərlərarası münasibətlərin həyata keçirilməsi çərçivəsindənümayəndə heyətlərinin idman və bədii kollektivlərinin səfərlərinəzərdə tutulur və şəhərlərin həyatını əks etdirən fotosərgilərinnümayiş etdirilməsi və şəhər idarəetməsi təcrübəsi sahəsində fikirmübadiləsi aparılacaq. İrpen şəhəri Ukranyanın paytaxtı Kiyevdən 5kilometr aralıda yerləşən 100 min əhalisi olan bir şəhərdir".

Merin sözlərinə görə, 100 minlik əhalinin 3 mindən çoxuAzərbaycan icmasıdır:

"Əlbəttə, gələcəkdə qardaşlaşma əlaqələrinin inkişafında bizimicmanın rolu da müstəsnadır. Bu həm orda yaşayan həmvətənlərimizinbizim azad olunan ərazilərdə gedən yenidən qurma və inkişafprosesini yaxından izləməyə imkan verəcək, eyni zamanda, Ukraynanınictimai siyasi həyatında və cəmiyyətdə özünə layiqli yer tutmasınakömək edəcək.

Laçın şəhəri cənab prezidentin Böyük Qayıdış proqramı əsasındayenidən qurulur və bərpa işləri həyata keçirilir. Burada əhalininköçürülməsi və şəhərlərin qurulması zamanı gələcək perspektivlərəbaxırıq, həmin perspektivdə icmaların, şəhərin digər ölkədaxilişəhərlərdən başqa xarici şəhərlərdə əhalinin sıx təmas əlaqələrininqurulması və mübadilə biliklərin mübadiləsi burada çox vacib roloynayır ki, biz də bunları həyata keçirməyə çalışırıq. Eynizamanda, Laçın və digər azad olunan ərazilərin tanınması buradagedən işlərin bilinməsi və beynəlxalq səviyyədə məlumatlandırılmasıçox vacibdir ki, biz də bunu ardıcıl şəkildə həyatakeçirəcəyik".

Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Laçın
Избранный
8
az.trend.az

1Источники