RU

İrandan Azərbaycana uçuş aparatı ilə narkotik keçirməyə cəhd olunub - FOTO

“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib.

Uçuş aparatının görülmüş tədbirlər nəticəsində saxlanılması təmin edilib. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədəd metadon M-40 həbi aşkar edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Избранный
11
49
azpolitika.info

10Источники