RU

Şəhid qardaşına xatirə nişanı təqdim edilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, şəhid qardaşı Hüseyn Hüseynova xatirə nişanı təqdim edilib.  

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Anım günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçmiş şəhidlərimizin ailə üzvləri ilə görüşüb.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli tarixi anlara şahidlik etdiyimiz bu günlərin təməllərinin Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Horadiz əməliyyatı ilə düşmənin ağır məğlubiyyətə uğradıldığını və nəticədə atəşkəsin imzalanmasilə Azərbaycanın gələcək inkişafına qədəm qoyulduğunu söyləyib. Qeyd edib ki, dahi liderin apardığı diplomatik və iqtisadi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı bütün sferalarda öz inkişafının ən yüksək mərhələsinə qaldırmaqla güclü, modern ordu yaradıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq düşməni kapitulyasiyaya məcbur etdiyini deyən akademik 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpa edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda və dünyada yaşayan bütün soydaşlarımız Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə Dövlət Bayrağımızı ucaltmasını və Xankəndi şəhərində keçirilən hərbi paradı böyük fəxr və qürurla izləyib. 

Sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov çıxış edərək bildirib ki, Azərbaycan böyük dövlətçilik tarixinə malikdir, keçmişimiz böyük zəfərlərlə zəngindir və bu zəngin tarix xalqımızın qəlbində 30 illik işğalın bir gün növbəti zəfərimizlə nəticələnəcəyinə ümid verirdi. Sonda belə də oldu. 

Görüşdə, həmçinin Birinci Qarabağ müharibəsi şəhidi Adıgözəl Bəşirovun atası Aşur Adıgözəlov və Vətən müharibəsi şəhidi Pərvin Həmidovun anası Bahar Şükürova çıxış ediblər.

Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın Azad Həmkarlar İttifaqı tərəfindən hazırladılmış xatirə nişanlarını şəhid ailələrinə təqdim edib.

Anar ƏLİ,

XQ

 

 

 

Избранный
3
2
xalqqazeti.az

3Источники