RU

“Dəniz könüllüləri” və “Eko könüllüləri” birlikdə Xəzər sahilində təmizlik aksiyası keçiriblər - FOTO

“Dəniz
ASCO-nun Dənizçilik Kollecinin, “Suraxanı” gəmi-muzeyi ilə "Gənc könüllülər" İctimai Birliyinin bazası əsasında yaradılmış “Dəniz könüllüləri” və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Eko könüllüləri” birlikdə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində təmizlik aksiyası keçiriblər. ASCO-dan 1news.az-a verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Daha az plastik, daha çox həyat:təmiz dəniz üçün birlikdə!” devizi ilə baş tutan tədbirdə 60-dan çox könüllü iştirak edib.
İməclik zamanı könüllülər zəruri sanitar ləvazimatlarla təchiz olunaraq sahil zolağını plastik və digər tullantılardan təmizləyiblər. Aksiyada iştirakçılara ekoloji təmizliyin vacibliyi, ətraf mühitin qorunması və dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verilib.
Избранный
13
1
1news.az

2Источники