RU

Navalni zəhərlənərək öldürülüb

Bir müddət öncə həbsxanada həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsini təsdiq edən sənədlər tapılıb. 

Missiya.Az “İnsider” nəşrinə istinadən xəbər verir ki, araşdırmaçı jurnalistlər siyasətçinin ölümü ilə bağlı yüzlərlə rəsmi sənəd tapıblar.

Jurnalistlər materiallara əsaslanaraq bildiriblər ki, hakimiyyət Navalnının ölümünün rəsmi versiyasına uyğun gəlməyən əlamətlərlə bağlı qeydləri sənədlərdən xüsusi olaraq çıxarıb.

Məlumata görə, müxalifətçi həbsxanda qarın ağrısından, qusmadan və qıcıqolmadan sikayətlənirmiş.

Qeyd edək ki, siyasətçi bu ilin fevral ayının 16-da Rusiya həbsxanasında dünyasını dəyişib. İstintaq Komitəsi onun ölüm faktını araşdırmaqdan imtina edib. 

Daşqın HəsənovMissiya.Az

Избранный
23
missiya.az

1Источники