RU

İran “Hizbullah”a kömək göndərməyəcək - RƏSMİ

“İranın “Hizbullah” hərəkatına kömək etmək üçün qoşun göndərmək planı yoxdur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani CNN-ə deyib.

“Livan və Fələstin daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri və bütün xalqları İsrailin təcavüzündən müdafiə etmək üçün bütün lazımi imkanlara malikdir. Livan sübut etdi ki, özü də bu işğal rejimini məğlub etməyə qadirdir. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, - deyə Kənani mətbuat konfransında bildirib. 

Избранный
2
7
cebheinfo.az

10Источники