RU

ABŞ İsrailin müdafiəsini gücləndirir

ABŞ prezidenti Cozef Baydenin administrasiyası "Hizbullah”ın lideri Həsən Nəsrullahın  ölümündən sonra İranın İsrailə mümkün hücumundan narahatdır. 
Bu barədə "CNN” məlumat yayıb. 

ABŞ hazırda İsrailin müdafiəsini gücləndirmək üçün rəsmi Təl-Əvivlə birgə aktiv fəaliyyətə başlayıb.
 
ABŞ İsrailin davam edən hərbi səylərini dəstəkləmək üçün 8,7 milyard dollarlıq yardım paketi ayırıb.Bu barədə "Reuters" məlumat yayıb.

Bu paketdə 3,5 milyard dollar müharibə təchizatı üçün, 5,2 milyard dollar isə Dəmir Günbəz raketdən müdafiə sistemi və qabaqcıl lazer sistemi də daxil olmaqla hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub.

İsrail hazırda Qəzzada HAMAS-a və Livanda Hizbullaha qarşı iki cəbhədə mübarizə aparır.
 
Aytac

www.anews.az
Избранный
3
anews.az

1Источники