RU

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda "Açıq qapı" günü keçirilib

Naxçıvan, 30 sentyabr, AZƏRTAC

Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının tələbələri üçün "Açıq qapı" günü keçirilib.

Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüş çərçivəsində əməkdaşlar Faiq Səfərov, Qumral Yusifova və Elvin Hüseynov tələbələrə prokurorluğun fəaliyyət istiqamətləri üzrə məlumat verərək, onları maraqlandıran sualları cavablandırıblar.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları şöbəsinin böyük məsləhətçisi Fərdi Vəliyev Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) barədə tələbələrə ətraflı məlumat verib.

Sonra isə şərti hadisə yerinə baxış zamanı hadisə yerinin müayinə üsulları, hadisə yerində olan dəlillərin rəsmiləşdirilməsi, üzərində aşkar olunan əl-barmaq və digər izlərinin fiksasiya edilməsi, götürülməsi və rəsmiləşdirilməsi qaydası, həmçinin canlı şəxsin və meyitin əl-barmaq izlərinin götürülməsi tələbələrə izah olunub.

 

 

Избранный
8
1
azertag.az

2Источники