RU

Nəsrullah vurulanda yanında 20 lider olub - “Hizbullah” liderinin müavinindən ilk AÇIQLAMA

Dünya mətbuatı “Hizbullah” hərəkatının Livanda öldürülən lideri Həsən Nəsrullahın necə məhv edilməsindən yazır.

İsrail ordusunun sentyabrın 27-də İsrailin Beyrutda həyata keçirdiyi hava zərbələri nəticəsində təkcə “Hizbullah”ın baş katibi Həsən Nəsrullah deyil, həmin vaxt onun yanında olan xeyli komandir də öldürülüb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, “Hizbullah” liderinin müavini Şeyx Naim Kasım Həsən Nəsrullahın ölümündən sonra ilk çıxışında bir sıra mətləblərdən danışıb.

O, “Hizbullah”ın yeni baş katibinin tezliklə seçiləcəyini açıqlayıb.

Şeyx Naim Kasım bu seçimi “Hizbullah” daxilindəki mexanizmə görə edəcəklərini bildirib.

“Hizbullah” liderinin müavini Həsən Nəsrullahın öldüyü hücumda başqa müqavimət liderlərinin də olduğunu etiraf edib:

“Digər döyüşçülərin və şəhidlərin ailələrinə başsağlığı verirəm. Onlar məclisdə Nəsrullahın yanında idilər. Bu, təkcə 20 liderin iştirak etdiyi görüş deyildi. Onların mühafizəçiləri orada idilər”.

"ABŞ İsraili hər vasitə ilə dəstəkləyir. İsrailin ortağıdır. Sərhədsiz hərbi dəstəyin yanında hər cür iqtisadi dəstəyi də verir" deyən Şeyx Naim Kasım “çox fədakarlıqlar etdik. Peycer hücumunda çoxlu itkilər verdik” söyləyib.

Şeyx Naim Kasım çıxışını belə davam etdirib:

“Həsən Nəsrullahın cızdığı yolla getməyə davam edəcəyik. Alternativ planlarımız da var. Lazım olan hər şey planlaşdırıldığı kimi ediləcək. İtkilərə qarşı da planlarımız var”.

O, “Nəsrullahın ölümündən sonra baş verənlərə baxmaq lazımdır. İsraili vurduq, Hayfanı vurduq. İsrail həmçinin 1 milyon israillinin qaçdığını bildirib. Biz bunu yalnız bir raketlə etdik. Hazırda biz yalnız minimum səylər göstəririk" deyib:

“Müharibənin daha uzun sürəcəyini qəbul edirik, amma hər ehtimala hazırıq” deyən Şeyx Naim Kasım “quru hücumu olarsa, buna da hazırıq. Müqavimət qüvvələri qurudan hücuma hazırdır. Biz əminik ki, İsrail heç vaxt öz məqsədlərinə çatmayacaq”.

Избранный
6
modern.az

1Источники