RU

“Turistik kənd” layihəsinə start verilib

Dövlət Turizm Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə turizm potensialı yüksək olan kəndlərdə bu sahədə fəaliyyətin dəstəklənməsi və özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə “Turistik kənd” layihəsinə start verilib.

Dövlət Turizm Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və ailə təsərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir.

İlkin olaraq Qusar rayonunun Ləzə kəndi, Qax rayonunun İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihə çərçivəsində ümumilikdə 20 qonaq evinin “Aqroturizm” zərfi üzrə zəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Turistik kənd” layihəsi Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planından irəli gələn tapşırıqların icrası məqsədilə həyata keçirilir.

 

Избранный
11
20
bakivaxti.az

10Источники