RU

Dəmir filizi qiymətləri sürətlə artıb

Çindən yeni təşviqlər səbəbindən dəmir filizi qiymətləri sürətlə artıb.

Marja xəbər verir ki, həftənin ilk ticarət günündə dəmir filizi 10%-dən çox bahalaşıb. Bir ton dəmir filizinin qiyməti 110 dolları ötüb.

Çin hökuməti daşınmaz əmlak sektorunu dəstəkləmək üçün bir sıra təşviqlər həyata keçirir. Pekinin ardınca Şanxay, Quançjou və Şenzhendə də qaydalar yumşaldılıb.

Quançjou, ev alıcılarına tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldıran ilk şəhər olub. Çinin maliyyə mərkəzi Şanxay və texnologiya sənayesi ilə tanınan cənub şəhəri Şenzhen yeni və ikinci əl evlər üçün minimum ilkin ödəniş dərəcələrini müvafiq olaraq 15% və 20%-ə endiriblər.

Bazar günü Çin Xalq Bankı da ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə icazə verəcəyini açıqlayıb.

Çinin stimullaşdırıcı tədbirləri gözlənildiyindən qat-qat güclüdür.

Son vaxtlar armatura tələb artıb, bu da dəmir filizi qiymətlərəinə artırıcı təsir edir.

Избранный
13
marja.az

1Источники