RU

KİV: Suriya Prezidenti Bəşər Əsədin qardaşının İsrailin hücumu zamanı öldürülməsi ilə bağlı xəbərlər təkzib edilib - YENİLƏNİB

Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrailin hücumu zamanı öldürülməsi ilə bağlı yayılan xəbərlər təkzib edilib.

APA xəbər verir ki, bu barədə "Sky News" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Suriya mediası da bu barədə yayılan xəbərləri təkzib edib, Mahir Əsədin səhhətinin yaxşı olduğunu, xəsarət almadığını və hələ də iş başında olduğunu bildirib.

Suriya hakimiyyəti onun ölümünü nə təsdiq, nə də təkzib edib.

***

12:10

Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb.

APA xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu iddia İsrail mənbələri tərəfindən irəli sürülsə də, hələ ki təsdiqini tapmayıb.

Избранный
7
6
apa.az

7Источники