Bunu jurnalistlərə açıqlamasında 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib. A.Kərimova bildirib ki, sərgini ziyarət edənlər arasında gənclərin üstünlük təşkil etməsi sevindiricidir:
“Bu gün gənc nəsil bir neçə dildə oxuyur, tərcümə edir. Builki kitab sərgisi həm də ona görə seçilir ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunur.
Logistika məsələsi həll olunub. Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə şattlar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək. Sərgi haqqında daha ətraflı məlumatla https://bakubookfair.az/ saytından tanış olmaq olar”.
Törə Zeynallı
Demokrat.az