RU

Qrizmann Fransa millisindəki karyerasını başa vurub

"Atletiko Madrid"in ulduz hücumçusu Antuan Qrizmann milli komandadakı karyerasını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı hücumçu qərarını sosial şəbəkə hesabında paylaşım edərək açıqlayıb.

Forvard milli ilə bağlı çoxlu xoş xatirələrinin olduğunu qeyd edib.

"Bu möhtəşəm üçrəngli macəra üçün hər kəsə təşəkkür edirəm və tezliklə görüşərik" 

Xatırladaq ki, Antuan Qrizmann ümumilikdə Fransa millisinin heyətində 137 oyun keçirib və bu oyunda 44 qol vurub. 2018-ci ildə Qrizmann Fransa millisi ilə dünya çempionatının qalibi olub. 2021-ci ildə forvard Millətlər Liqasının qalibi olub.

Избранный
12
90deqiqe.az

1Источники