RU

Anidən fikrini dəyişibsağa dönən sürücü qəza təhlükəsi yaratdı- VİDEO

Paytaxtın Yasamal rayonu Füzuli küçəsində kobud qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 28-də saat 13:16 radələrində “Qış Parkı”nın yaxınlığında qeydə alınıb. Belə ki, 77-BX-122 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan anidən sağa manevr edib. Bu zaman o, arxadan gələn maşına qəza riski yaradıb.

Qeyd edək ki “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinə əsasən, sürücü sağa, sola və geriyə dönməzdən öncə həmin istiqamətdə kənar vəziyyət seçməlidir.

Nərmin

Избранный
13
avtosfer.az

1Источники