RU

Liderlərinin öldürülməsindən sonra Hizbullahdan ilk açıqlama

İsrailin Hizbullah lideri Nəsrullahı öldürməsindən sonra bölgədə gərginlik artıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hizbullah baş katibinin müavini Naim Kasım Nəsrullahın öldürülməsinə görə ABŞ-ni günahlandırıb.
 
\"Bizə zərbə vurdular, amma yolumuza davam edəcəyik. Düşmənlə vuruşmağa hazırıq\", -deyə o bildirib.

Qəzzadan sonra Livanda qırğınlarını davam etdirən İsrail son olaraq Beyrutda Hizbullah lideri Nəsrullahı öldürüb. 

Kasımın liderlərinin ölümündən sonra kimin liderləri olacağını da elan edib:
 
\"Biz ən qısa zamanda lider seçəcəyik. Əlimizdə olan hər bir liderə qiymət verəcəyik. Hamınız əmin olun ki, seçkilər çox asan keçəcək. Biz döyüşəcəyik, müqavimət qüvvələrimiz mümkün hücuma hazırdır. Əgər israillilər qurudan hücuma keçmək istəyirlərsə, biz tam hazırıq, müqavimət qüvvələri buna hazırdır. İsrail öz məqsədlərinə çatmayacaq”.
 
Mikayıl
Избранный
14
1
azxeber.com

2Источники