RU

Azərbaycanlı iş adamı bir gündə 314 milyon dollar qazandı

Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Vahid Ələkəbərov son bir gündə 314 milyon dollar qazanıb.

Yenisabah.az xəbər verir ki, Ələkbərovun ümumi sərvəti dünən 27,5 milyard dollar olduğu halda bu gün 27,8 milyard dolları keçib.

Son bir gündə ən çox itirən isə amerikalı milyarder Maykl Del olub. Texnologiya sektorunda fəaliyyət göstərən “Del Computer” şirkəti sahibinin cibi 3,23 milyard dollar boşalıb. azal vakansiya

Sərvəti ən çox artıran isə LVMH şirkətlər qrupunun prezidenti Bernar Arno olub - 6,6 milyard dollar artaraq 207 milyard dollara çatıb.

“Bloomberg”in siyahısında “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask başçılıq edir (272 milyard dollar), “Amazon”un qurucusu Cefferi Bezosun isə 211 milyard dollar sərvəti var.


Telegram kanalımız
Избранный
7
25
yenisabah.az

10Источники