RU

Aeroport yolunda sürücülərin çoxdan gözlədiyi yenilik edildi

Bakı. Trend:

Heydər Əliyev prospektinin Hava limanı qovşağından Sabunçuqovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanmaxətlərində dəyişikliklər həyata keçirilir.

Trend AYNA-yaistinadən xəbər verir ki, yolun 11 km hissəsində zolaqlar bərpaolunub.

Bildirilib ki, uzun illərdir qanunvericiliyin tələblərinə uyğunolmayan və sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərəkqırıq xətlə əvəz olunur:

"Bu dəyişiklik yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinəimkan verməklə, təhlükəsizlik səviyyəsinin artmasına da köməkolacaq. Çünki daha əvvəl sürücülər yalnız icazə verilən məhdudyerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol nəqliyyathadisələrinin baş vermə riskini artırmış olurdu".

Qeyd edək ki, artıq Sabunçu yol qovşağı istiqamətindədəyişikliyin icrası yekunlaşıb. Görülən işlər çərçivəsində,həmçinin, yolboyu üfüqi nişanlanma xətləri yenilənib.

Məqalədə:
Избранный
7
28
az.trend.az

10Источники