RU

Narkokuryerliklə məşğul olan şəbəkənin üzvlərindən 13 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son 10 gün ərzində keçirilən tədbirlər nəticəsində paytaxt sakinləri Röyal Şahhüseynov, Rahid Məmmədov, Kənan Niftalıyev, Mirəli Sadıqov və Samir Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 13 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə - heroin, tiryək, marixuana, metamfetamin, həmçinin 660 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon və preqabalin həbi aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerliklə məşğul olan şəbəkənin əsas üzvlərindən olduqları müəyyən edilib.

Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərlə əlbir olan digər narkokuryerlərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Избранный
10
15
azertag.az

10Источники