RU

"Kamala əqli cəhətdən qüsurludur" - TRAMP

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasının namizədi Kamala Harrisin noyabrda keçiriləcək prezident seçkilərində “əqli qüsurlu” olması ilə bağlı açıqlamalarını təkrarlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, CNN-in məlumatına görə, Tramp seçki kampaniyası zamanı bir çox respublikaçıların bu cür bəyanatlardan çəkinməsi ilə bağlı tənqidlərinə baxmayaraq, rəqibi Harrisə qarşı aşağılayıcı bəyanatlar verməkdə davam edir.

Prezidentliyə namizəd Tramp dünən Pensilvaniya ştatında keçirilən seçki mitinqindəki çıxışında deyib: "Co Bayden əqli cəhətdən qüsurlu oldu. Kədərlidir, amma düzünü desəm, Kamala Harrisin belə doğulduğuna inanıram".

Keçmiş prezidentin tərəfdarları Trampın rəqibinə qarşı açıqlamalarından narahatdırlar. Trampın aparıcı müttəfiqlərindən olan respublikaçı senator Lindsey Graham CNN proqramında Harrisin "zehni cəhətdən qüsurlu" olduğunu düşünmədiyini, onun "dəli liberal" olduğunu söyləyib. Qrem Trampı bu cür bəyanatlar əvəzinə iqtisadiyyat, sərhəd problemi, inflyasiya və xarici siyasət məsələlərinə diqqət yetirməyə çağırıb.

Избранный
10
6
sia.az

9Источники