RU

Bakıda dava düşüb: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.***Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Избранный
8
20
patriot.az

10Источники