RU

Mbappe Madrid derbisində stadiona buraxılmayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kilian Mbappe İspaniya La Liqasının dünən keçirilən "Atletiko Madrid" - "Real Madrid" oyununu tribunadan izləyə bilməyib.
Oxu.Az xəbər verir ki, buna "Kral klubu"nun qadağası səbəb olub.
"Real Madrid" rəhbərliyi zədəli futbolçusunun matçı stadiondan canlı izləməsinə icazə verməyib. Onlar tribunada hər hansı insidentin yaşana biləcəyindən ehtiyatlanıblar. Bu səbəbdən "Alaves"lə qarşılaşmada zədələnən fransalı hücumçu komandasını arenadan dəstəkləyə bilməyib.
Qeyd edək ki, La Liqanın VIII turundakı Madrid derbisi 1:1 hesabı ilə başa çatıb. Qonaqlar 90+5-ci dəqiqədə qələbəni əldən veriblər. Hesabı müdafiəçi Militao açıb. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə isə Korrea komandasını məğlubiyyətdən xilas edib.
Избранный
12
50
oxu.az

10Источники