Səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az bakupost-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıqla 28 may küçəsinin kəsişməsində qeydə alınıb.
2007-ci il təvəllüdlü Nihat Ələkbərov Rafil oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.
O. ağır xəsarətlərlə Mərkəzi Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Araşdırma aparılır.