RU

İsrail Beyrutun mərkəzini vurdu - Fələstin Xalq Azadlıq Hərəkatının liderləri həlak oldular

Hurriyyet.az xəbər verir ki, bazar ertəsinə keçən gecə İsrail qüvvələri Livanın paytaxtı Beyrut şəhərində yaşayış binasını vurublar. Zərbə nəticəsində 4 nəfər həlak olub. Bu barədə AFP Livanın təhlükəsizlik xidmətindəki mənbələrə istinadla məlumat verib. Məlumata görə, paytaxtın Kola rayonundakı mənzilə dron zərbəsi endirilib. Mənzil "Əl Camaa Əl İslamiyyə" qrupuna məxsus olub. Hadisə yerindən çəkilən kadrlarda çoxmənzilli binanın bir mərtəbəsinin dağıldığı görünür. Zərbədən sonra yanğın başlanıb.

"Röyter" agentliyinin məlumatına görə, Fələstin Xalq Azadlıq Cəbhəsi zərbə nəticəsində üç nəfər liderini itirdiyini bəyan edib - təşkilatın təhlükəsizlik xidmətinin rəisi Məhəmməd Əbdül Əal, komandir İmad Odex və Əbdülrəhman Əbdül  Əal həlak olublar.

Hürr Tərcüma

 

Избранный
5
hurriyyet.az

1Источники