RU

İqlim böhranı artıq uzaq bir təhdid deyil - Nigar Arpadarai

Bakı. Trend:

İqlim böhranı artıq uzaq bir təhdid deyil.

Trend xəbərverir ki, bu barədə COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksəksəviyyəli lideri (UN Climate Change High-Level Champion) NigarArpadarai Bakıda İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.

"İqlim böhranı artıq uzaq bir təhdid deyil — o, artıq buradadır.Bu, hamımıza təsir edir: nəfəs aldığımız havadan, içdiyimiz sudan,yeməkdən, inşa etdiyimiz evlərə qədər. Tezliklə iqlim icmasınıBakıda COP29-da bir araya toplayacağıq. Bu tədbirə baxışımızaçıqdır — məqsədimiz ambisiyaları artırmaq və iqlim böhranını aşmaqüçün konkret addımlar atmaqdır", — o vurğulayıb.

Onun sözlərinə görə, bunları təkbaşına həyata keçirmək mümkündeyil.

"Bizə biznes və vətəndaş cəmiyyətindən tutmuş şəhərlərə vəakademik institutlara qədər bütün maraqlı tərəflərdən innovasiya,bilik və öhdəlik lazımdır. Bakı iqlim həftəsi fəaliyyətəçağırışdır, dialoqun real strategiyalara çevrildiyi vəstrategiyaların uzunmüddətli dəyişikliyə səbəb olduğu birməkandır", — o əlavə edib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Избранный
7
az.trend.az

1Источники