RU

Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Sentyabrın 28-də və 29-da ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Избранный
3
14
yenicag.az

10Источники