RU

Nəsrullahın öldüyü əməliyyatda ABŞ bombalarından istifadə edilib?


İsrail ordusu Livanın “Hizbullah” təşkilatının baş katibi Həsən Nəsrullahı öldürmək üçün 2000 funt (900 kiloqramdan çox) Amerika istehsalı bombalardan istifadə etmiş ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti hərbçilərin yaydığı hava hücumlarının videolarını tədqiq edən analitiklərə istinadla məlumat yayıb.
Onlar bildiriblər ki, Nəsrullah və “Hizbullah” qərargahının vurulmasına dair görüntülərdə ən azı 16 ədəd 2000 funtluq bomba daşıyan səkkiz F-15 qırıcı təyyarəsi görmək olar. Onların bəziləri - BLU-190 və JDAM Amerika istehsalıdır.
ABŞ ordusunun partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə keçmiş mütəxəssisi Trevor Boll bu cür bombaların qalınlığı 1,8 metrə qədər olan dəmir-beton döşəmələrə nüfuz etdiyini bildirib.
Onun sözlərinə görə, onlarla sursat saniyələr ərzində çox yüksək dəqiqliklə hədəfi vurub ki, bu da belə dərinliklərdə yeraltı obyektləri məhv etmək üçün tələb olunanların bir hissəsidir.
Qeyd edək ki, sentyabrın 28-də “Hizbullah”ın baş katibi Həsən Nəsrullah Beyrutun cənubundakı təşkilatın yeraltı qərargahına İsrail Hərbi Hava Qüvvələri qırıcılarının endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Məlumatı hərəkatıın özü də təsdiqləyib. Nəsrullahın öldürülməsi əməliyyatı zamanı İsrail Beyrutun cənub ətrafına 85 tonluq bomba atıb.
Избранный
6
yeniavaz.com

1Источники