RU

Qızıl Qoza Film Festivalının qalibləri mükafatlandırıldı

Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən 31-ci Beynəlxalq Adana Qızıl Qoza Film Festivalında Milli Film Müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Kulis.az xəbər verir ki, Çukurova Universiteti Konqres Mərkəzində təşkil edilən və Özlem Gürsesin aparıcılığı ilə keçirilən Böyük Mükafat Mərasimi sənətçilərin qırmızı xalçadan keçərək mərasim sahəsinə gəlməsi ilə başlayıb.

Qızıl

Ötən il dünyasını dəyişən türk kino aktyorlarının adlarının oxunduğu mərasimdə builki festivalda keçirilən tədbirlərdən ibarət video-şou izlənilib və Çetin Akdeniz konsert proqramı ilə çıxış edib.

Qızıl

11 filmin yarışdığı Milli Bədii Film Müsabiqəsində “Ən yaxşı film” mükafatı rejissor Murat Fıratoğlunun çəkdiyi “Hemmenin öldüyü günlərdən biri” filminə verilib.

Qızıl

Rejissora mükafatını Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar ilə Münsiflər Heyətinin sədri Nuri Bilgi Ceylan verib.

Altın

"Ən yaxşı aktyor" mükafatını "Ölü mövsüm" filmindəki perfomansı ilə Erdem Şenocak və "Gecənin sahili" filmindəki rolu ilə Ahmet Rıfat Şunqar, "Ən yaxşı aktrisa" mükafatını isə "Ölü mövsüm" filmindəki rolları ilə Funda Eryiğit və Ece Yaşar qazanıb.

Altın

Burak Çevik "Heç nə yerində deyil" filmi ilə festivalda Ən yaxşı rejissor mükafatını alıb.

Altın

Yılmaz Güney mükafatına isə Türker Süer çəkdiyi "Gecənin sahili" filmi layiq görülüb.

Qızıl

Избранный
8
kulis.az

1Источники