RU

Rusiya Ukraynanın bölgələrinə PUA hücumlarını davam etdirir - SON DURUM

Sentyabrın 30-a keçən gecə Rusiya hərbçiləri PUA-lardan istifadə etməklə Ukrayna bölgələrinə növbəti hücum həyata keçirib. Kiyev və Ukraynanın bir sıra digər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Herbiand.az xəbər verir ki, yerli vaxtla saat 2.00 radələrində Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko Telegram kanalında paytaxtda hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyi barədə məlumat verib. Eyni məlumatı Kiyev Vilayət Hərbi İdarəsi də yayıb.

Daha sonra Ukrayna vaxtı ilə saat 4.30 radələrində Reuters agentliyi Kiyevdəki partlayışlar barədə məlumat yayıb. Şahidlərin Reuters agentliyinə verdiyi məlumata görə, bazar ertəsi Ukraynanın paytaxtı Kiyevdə hərbçilərin Rusiyanın pilotsuz uçan aparatlarla hücumlar təşkil etdiyini deməsindən sonra hava hücumundan müdafiə sistemləri kimi səslənən yeni partlayışlar eşidilib.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri gecə saatlarında Kiyev, Çerniqov və Poltava vilayətləri üzərində səmada hücuma məruz qalan pilotsuz təyyarələr barədə məlumat verib. Korrespondent.net internet nəşri Kiyev, Vinnitsa və Çerkassı vilayətlərində partlayışlar barədə monitorinq kanallarına istinadən yazıb. Daha sonra gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin kanalında Zaporojye və Xarkov vilayətlərində KAB-ların işə salınması barədə məlumat peyda olub.

Bundan əvvəl “Suspilne novini” internet nəşrinin Telegram kanalında Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayış səsləri barədə məlumat yayıb.

Bu arada “Ukrzaliznitsa” dəmir yolu şirkətinin Telegram kanalında yazıb ki, Rusiyanın Nikolayev vilayətini atəşə tutması səbəbindən Dolinskaya-Nikolayev hissəsi qatarların hərəkəti üçün bağlanıb və sərnişinlərdən səhərə qədər vaqonda qalmalarını və təşkil ediləcək Dolinskaya - Nikolayev avtobusunu gözləmələrini xahiş edirik.

Избранный
12
herbiand.az

1Источники