RU

İsraildən “Hizbullah”a bir şərt: “Dayanmağımız buna bağlıdır”

Xarici işlər naziri İsrael Katz 25-dən çox həmkarına İsrailin bir sıra şərtləri yerinə yetirilmədən Livanda atəşkəsə razı olmayacaqlarına dair mesaj çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kan” telekanalı məlumat yayıb.

Mesajı alan ölkələr arasında Almaniya, Böyük Britaniya, İtaliya və Kanada da var.

Katz deyib ki, atəşkəs üçün yeganə məqbul vəziyyət “Hizbullah” terror təşkilatının İsrail sərhədindən uzaqlaşdırılması və Litani çayının şimalına çəkilməsidir.

“Yalnız BMT Təhlükəsizlik Şurasının Livanla bağlı bütün qətnamələrinin tam yerinə yetirilməsi atəşkəsə gətirib çıxaracaq. Bu baş vermədikcə, İsrail öz vətəndaşlarının təhlükəsizliyini və şimaldakı sakinlərinin evlərinə qayıtmalarını təmin etmək üçün fəaliyyətini davam etdirəcək”, - İsrailin baş diplomatı vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
12
teleqraf.com

1Источники