RU

Mişustin Ermənistana gedir


Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiyanın Baş naziri burada Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Qeyd olunur ki, Mişustin Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə birlikdə Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin təxirəsalınmaz vəzifələrini müzakirə edəcək. Onlar həmçinin daxili bazarın işləməsi, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və energetika sahələrində qarşılıqlı əlaqələrin inkişafı məsələlərinə xüsusi diqqət yetirəcəklər.
Hökumətlərarası şuranın iclasında Aİİ-də müşahidəçi ölkələrin - Kuba və Özbəkistanın nümayəndələri, eləcə də dəvət olunmuş qonaqlar iştirak edəcək.
Bundan əlavə, Aİİ ölkələrinin baş nazirlərinin 2030-cu ilə qədər Aİİ çərçivəsində sənaye əməkdaşlığı sahələrini nəzərdən keçirəcəkləri gözlənilir.
Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının payız iclasları ənənəvi olaraq Ermənistanda keçirilir və Mişustin 2020-ci ildə baş nazir təyin olunduqdan sonra hər il iclaslarda iştirak edir. Şuranın sonuncu iclası iyun ayında Nesvijdə (Belarus) keçirilib.
Xatırladaq ki, Aİİ ölkələrinin hökumət başçılarının daxil olduğu bu şura Aİİ ölkələrinin prezidentlərindən ibarət Ali Avrasiya İqtisadi Şurasının qərarlarını həyata keçirir. Şuranın iclasları ildə ən azı iki dəfə keçirilir.
Избранный
4
4
yeniavaz.com

5Источники