RU

Almaniya Prezidenti nasistlərin törətdiyi qətliama görə İtaliyadan üzr istədi...

Image

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 1944-cü ildə nasistlərin İtaliyanın Marzabotto qəsəbəsində 770 nəfəri qətlə yetirməsinə görə üzr istəyib. Frank-Valter Ştaynmayer Almaniyada səfərdə olan italiyalı həmkarı Sercio Mattarellanın ardınca İtaliyaya səfər edib. O, Bolonyayaya gələrək Marzabotto qətliamının 80-ci ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak edib. Hər iki ölkə prezidenti Monte Sole ərazisində qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.

“Səksən il əvvəl Monte Soledə baş verənləri sözlə ifadə etmək mümkün deyil. Almaniya Prezidenti kimi ancaq ağrı və utanc hissi keçirirəm. Ölkəm adından üzr istəyirəm”, - deyə Ştaynmayer bildirib.

Mətləb Salahov






Избранный
9
7
baki-xeber.com

9Источники