RU

İvanişvili Rusiya ilə qorxutdu: 2008-dəkindən daha dəhşətli...

Hakim "Gürcü Arzusu" Partiyasının təsisçisi Bidzina İvanişvili xarici qüvvələrin Gürcüstanı xəritədən silmək planlarını açıqlayıb və müxalifəti onlara yardım etməkdə ittiham edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

"Bu gün hamı açıq şəkildə görür ki, bu radikal qüvvə, onun ətrafında cəmləşmiş siyasi, qeyri-hökumət və ya media qurumları xarici maraqları güdür və Gürcüstanı müharibə əzabına sürükləməyə çalışırlar.

Səhv etmək şansımız yoxdur. Əks halda, 2008-ci ilin avqust müharibəsi onun yanında heç nə olacaq. Ölkəmizə düşmən olan qüvvələr yerli agentlərin əli ilə Gürcüstanı xəritədən silmək niyyətindədir. Onlar əsrlər boyu heç bir fatehin edə bilmədiyi şeyə hazırlaşırlar", - o bildirib.

O, Gürcüstanın xarici düşmənləri dedikdə kimləri nəzərdə tutduğunu açıqlamayıb.

"Radikal qüvvələr"ə gəlincə, Gürcü Arzusu keçmiş hakim partiya olan Milli Hərəkatı və ümumilikdə bütün müxalifəti belə adlandırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
3
3
milli.az

4Источники