RU

Daha bir münaqişə başlayır?

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin nümayəndələri Sudanın Hərbi Hava Qüvvələrini Əbu-Dabi səfirinin Xartumdakı iqamətgahına hava zərbəsi endirməkdə ittiham ediblər.

Müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Birləşmiş Ərəb Əmirlikləri Sudan ordusunun təyyarəsi tərəfindən Xartumda Əmirliyin missiyasının rəhbərinin iqamətgahına edilən vəhşi hücumu və binaya ciddi ziyan vurmasını qətiyyətlə pisləyir”, - diplomatlar yazıb.

Onlar həmçinin bu aktı diplomatik binaların toxunulmazlığı prinsipinin açıq-aşkar pozulması adlandırıb və Sudan ordusunu məsuliyyətə cəlb olunmasına çağırıblar. BƏƏ nümayəndələri Ərəb Dövlətləri Liqası (LAS), Afrika İttifaqı və BMT-yə etiraz memorandumu göndərəcəklərini vəd ediblər.

Bəzi xarici KİV bu diplomtik qalmaqala görə bölgədə yeni münaqişə başlaya biləcəyini yazıb.

Xatırladaq ki, Sudanda 2023-cü ilin aprelində başlayan vətəndaş müharibəsi gedir. O zaman de-fakto prezident olmuş Əbdülfəttah əl-Burhan və onun müavini Hemedti arasında qarşıdurma bütün Sudanda hərbi əməliyyatlara çevrilib. O vaxtdan bəri kənd təsərrüfatı torpaqlarının çox hissəsi dağıdılıb və sakinlərin əksəriyyəti pulsuz qaldıqları üçün evlərini tərk etmək məcburiyyətində qalıblar.

Tural
Избранный
14
news365.az

1Источники